21 mart 2026. Şənbə

Başakşəhər'in daha bir futbolçusu millimizə çağrıldı


Başakşəhər'in daha bir futbolçusu millimizə çağrıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə iki yeni legioner dəvət edilib. 

Corner.az-ın məlumatına görə, bunlar Türkiyə "Başakşəhər"ində çıxış edən Mert Çelik və "Alanyaspor"un oyunçusu Mustafa Yıldırımdır. 

Mert Çelik ilk dəfə U-21-ə gələcək, Yıldırım isə daha əvvəl U-19-da oynayıb. 

Milliyə dəvət olunmuş daha bir legioner Emre Kaplandır. Əvvəllər də U-21-ə çağırılmış Kaplan Çelikin "Başakşehir"də komanda yoldaşıdır. Bu klub 2019/2020 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. 

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də "Kapital Bank Arena"da Fransanı qəbul edəcək. Qarşılaşma saat 21:00-da başlayacaq. (report)







Milli komanda