23 noyabr 2024. Şənbə

UEFA reytinqi: Azərbaycan 1 pillə gerilədi


UEFA reytinqi: Azərbaycan 1 pillə gerilədi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəyişiklik olub.

Corner.az-ın məlumatına görə, "Neftçi"nin evdə Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.

Buna "Sumqayıt"ın doğma meydanda eyni ölkənin digər təmsilçisi "Şkendiya"ya 0:2 uduzması (0,125) və "Keşlə"nin Albaniya "Laçi"si ilə qolsuz bərabərə qalması (0,250) ilə yanaşı, Rumıniyanın 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15,950-yə çatdırması səbəb olub.

Qeydə alınan nəticələrdən sonra Azərbaycanın aktivində 15,875 xal var.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi