5 dekabr 2025. Cümə

Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb


Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb

AFFA Azərbaycan millisinin futbolçularının baş məşqçi Canni De Byazinin məşq prosesindən narazılıq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təkzib edib. O, belə bir halın yaşanmadığını söyləyib.

"Millinin düşərgəsində olan futbolçulardan hazırlıq prosesi və ya hər hansı digər məsələ ilə bağlı AFFA-ya heç bir şikayət daxil olmayıb", - F.Abdulla bildirib.

Milli assosiasiya rəsmisi yığmanın yeganə legioneri Renat Dadaşovun hazırda düşərgədə olduğunu və məşqlərdə iştirak etdiyini də vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburq seçməsini qəbul edəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu