5 dekabr 2025. Cümə

Bu formanı geyindiyim üçün qürur duyuram


Bu formanı geyindiyim üçün qürur duyuram

"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov Azərbaycan millisinin heyətində keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, şəxsi "Instagram" səhifəsində paylaşım edən 24 yaşlı yarımmüdafiəçi yığmanın formasını geyindiyi üçün qürur duyduğunu yazıb.

O, vacib qələbələrin hələ qarşıda olduğunu qeyd edib: "Bütün azarkeşlərə və bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!".

Qeyd edək ki, R.Sadıxov UEFA Millətlər Liqasının II turunun Kiprlə səfər oyununda (1:0) meydana çıxaraq Azərbaycan yığmasında debüt edib.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu