9 aprel 2025. Çərşənbə

AFFA millinin baş məşqçisi ilə bağlı məlumat yaydı


AFFA millinin baş məşqçisi ilə bağlı məlumat yaydı

Azərbaycan milli komandasının hazırda vakant olan baş məşqçi vəzifəsinə təyinatla bağlı namizədlərin müzakirəsi prosesi davam edir.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı xəbər yayıb. Ötən dövr ərzində müxtəlif ölkələrdən olan məşqçilərlə görüşlər keçirildiyi bildirilib. 


Yaxın gələcəkdə namizədlərin qısa siyahısının hazırlanması nəzərdə tutulub. AFFA-nın Məşqçilər Komitəsinin tövsiyələri də nəzərə alınmaqla hazırlanacaq qısa siyahı müvafiq qaydada AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinə təqdim olunacaq.

Proseslə bağlı rəsmi məlumatlar operativ və dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaq.







Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı