23 oktyabr 2024. Çərşənbə

Yaxşı nəticə ilə onlara dəstək olmağa çalışacağıq


Yaxşı nəticə ilə onlara dəstək olmağa çalışacağıq

“Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq.

Corner.az xəbər verir ki, bu sözləri millimizin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun Monteneqro ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

31 yaşlı müdafiəçi rəqibi yaxşı analiz etdiklərini bildirib: "Onların oyunlarını izləmişik. Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.

Qeyd edək ki, sabah Podqoritsa şəhərindəki "Qradski" stadionunda keçiriləcək Monteneqro-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"