21 mart 2026. Şənbə

Xəyallara inanmaq lazımdır - Canni De Byazi


Xəyallara inanmaq lazımdır - Canni De Byazi

"İtalyalı məşqçilər məktəbi ən yaxşılardandır. Amma bu, nəyisə dəyişmək üçün yetərli deyil".

Corner.az-ın məlumatına görə, bu fikirləri  Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Sports.kz" saytına müsahibəsində Albaniya millisinin oyununa təsir edə bilməsi barədə danışarkən deyib.

2001 - 2017-ci illərdə Albaniya yığmasına rəhbərlik edən 63 yaşlı mütəxəssis bildirib ki, uğur qazanmaq üçün xəyallara inanmaq lazımdır: "Daha sonra onların gerçəkləşməsi üçün çalışmalısan".

Təcrübəli baş məşqçi Albaniya seçməsinin hazırkı durumu və D Liqasındakı şansları barədə bunları söyləyib: "Albaniya çox güclü komandadır. Düşünürəm ki, qrupda, yarımfinalda və finalda qalib gələ bilər".

Qeyd edək ki, Albaniya millisi Canni De Byazinin rəhbərliyi altında tarixində ilk dəfə 2016-cı ildə Avropa çempionatına vəsiqə qazanıb.







Milli komanda