21 mart 2026. Şənbə

Millimiz Kipr ilə oyuna qara sarğıda çıxacaq


Millimiz Kipr ilə oyuna qara sarğıda çıxacaq

Millimiz UEFA Millətlər Liqasının 4-cü turunda Kiprlə keçiriləcək oyuna qara sarğı ilə çıxacaq.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılacaq.

Qeyd edək ki, Azərbaycan - Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq.







Milli komanda