21 mart 2026. Şənbə

Millimiz Kipr ilə heç-heçə etdi


Millimiz Kipr ilə heç-heçə etdi

Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb.

Corner.az xəbər verir ki, Canni De Byazinin komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Kiprlə qarşılaşıb.

Əvvəlki turlarda Lüksemburqa 1:2, Monteneqroya 0:2 hesabı ilə uduzan millimiz yeganə qələbəsini məhz Kipr üzərində qazanmışdı – 1:0.

Millimiz bu dəfə isə heç-heçə ilə kifayətlənib.

UEFA Millətlər Liqası
C liqası, 4-cü tur

13 oktyabr

Azərbaycan – Kipr 0:0
Matçın 27-ci dəqiqəsində Qara Qarayev penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Fran Yoviç (Xorvatiya).
Elbasan (Albaniya). “Elbasan Arena”.







Milli komanda