23 noyabr 2024. Şənbə

3:0 hesabı ilə qalib gələ bilərdik - Canni De Byazi


3:0 hesabı ilə qalib gələ bilərdik - Canni De Byazi

Matçdan qalib ayrılmaq istəyirdik. Qol vurmağa çalışırdıq. Birinci hissədə çoxlu imkanlar yaratsaq da, heç birindən yararlana bilmədik. İkinci hissədə də imkanlarımız oldu, amma fərqlənməyi bacarmadıq. Qol vurmursansa, təbii ki, oyunu uda bilməzsən. Uşaqlar ürəklərini qoydular, lakin istəyimizə çata bilmədik".

Corner.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Kiprlə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis bildirib ki, komandası 2 xal itirib: "Oyuna çox yaxşı konsentrasiya olunmuşduq. 3 xal qazanaraq, qrupdakı son imkanımızdan yararlanmaq istəyirdik. Albaniya yığmasına rəhbərlik etdiyim vaxt bu stadionda Fransa, Ermənistan kimi komandalar üzərində böyük qələbələr əldə etmişik. Məhz Ermənistanı yenərək, 2016-cı il Avropa çempionatına vəsiqə qazanmışdıq. Sonuncu uduzduğum oyun isə yadıma gəlmir. Amma bu dəfə alınmadı. Nəinki 1 xal qazandıq, əksinə, 2 xal itirdik. İnanırdım ki, qələbə bizə önünəinam baxımından kömək edəcək. Birinci hissədə 3:0 hesabı ilə qalib gələ bilərdik. Amma imkanlarımızdan yararlanmağı bacarmadıq".

De Byazi onu da əlavə edib ki, penaltini Qara Qarayevin vurmasını özüm istəyib: "Komandada bütün qərarları mən verirəm. Qara bu oyunda kapitanımız idi. Ağır və lazımi anda penaltini onun özünün vurmasını istədik. Lakin gördüyünüz kimi, alınmadı".

Qeyd edək ki, Kiprlə matç Albaniyanın Elbasan şəhər stadionunda keçirilib.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi