- Milli komanda
- 14:00 14.11.2024
“Bizim üçün əlamətdar gündür - zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin\".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev Sloveniya ilə yoldaşlıq görüşündən öncə mətbuat konfransında deyib.
Təcrübəli qolkiper bildirib ki, baş məşqçi Canni De Byazi əsas heyətdə bəzən ona, bəzən də Şahruddin Məhəmmədəliyevə şans verir: "Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımız gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.
Qeyd edək ki, Lyublyana şəhərindəki "Stojitse" stadionunda keçiriləcək Sloveniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.