5 dekabr 2025. Cümə

Azərbaycan xalqı yuxudan qalib kimi oyandı


Azərbaycan xalqı yuxudan qalib kimi oyandı

“Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bu səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Sloveniya yığması ilə yoldaşlıq oyunundan öncə mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis sabahkı oyunda daha çox yeni cəlb etdiyi futbolçulara şans verəcəyini bildirib. O, matça yaxşı hazırlıq üçün yetərincə vaxtlarının olmadığını da diqqətə çatdırıb: "Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Sabah da qalib gəlmək üçün mübarizə aparacağıq".

"Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər” deyə baş məşqçi fikirlərini tamamlayıb.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu