5 dekabr 2025. Cümə

İnkişaf etməyimiz üçün lazımlı oyun idi


İnkişaf etməyimiz üçün lazımlı oyun idi
 Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Lyublyanadakı “Steyiçe” stadionunda keçirilən Sloveniya ilə yoxlama oyununu şərh edib.
 
Corner.az xəbər verir ki, italyan mütəxəssis qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
“Bəzi oyunçuları sınaqdan keçirmək üçün yaxşı oyun oldu. Güclü rəqibə qarşı oynayırdıq. Oyuna yaxşı başladıq. İlk hissədə topa nəzarət edən tərəf biz idik. Oyunun əvvəlində İsmayıl İbrahimlinin qol vurmaq imkanı oldu, təəssüf ki, istifadə edə bilmədi. İnkişaf etməyimiz üçün lazımlı oyun idi.
 
İlk dəfə şans verdiyim futbolçuların oyunundan razı qaldım. Xüsusən, ilk hissədə Tellur Mütəllimovun oyunu daha yaxşı alındı. İkinci hissədə oyuna daxil olan Musa Qurbanlı da topla az təmin olunmasına baxmayaraq, özünü yaxşı tərəfdən göstərə bildi.
Monteneqro millisi ilə oyun bizim üçün çox vacibdir. İlk oyunda pis oynamamışdıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmamışdı”.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu