5 dekabr 2025. Cümə

Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama


Millimizin futbolçusundan koronavirusa yoluxması ilə bağlı açıqlama

"Sloveniya ilə qolsuz heç-heçə etdiyimiz oyundan sonra otelə gəldik. Hər şey qaydasında idi. Növbəti gün Zaqrebə yola düşdük. Həmin axşam isə otaqda temperaturum qalxdı".

Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə koronavirusa yoluxması ilə bağlı danışarkən deyib.

27 yaşlı sol cinah oyunçusu özünü pis hiss etdiyini bildirib: "Daha sonra test verdik və nəticəsi müsbət oldu. Hazırda oteldə karantindəyəm. Otaqdan bayıra çıxmağa icazə yoxdur. Ən azı 10 gün belə olacaq. Temperaturum bir az düşüb. Halsızlıq və baş ağrısı var".

Qeyd edək ki, Təmkin Xəlilzadədən başqa yığmanın digər üzvü Rahil Məmmədov da koronavirusa yoluxub. Hər iki futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunun Monteneqro ilə matçını (0:0) buraxıb.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu