5 dekabr 2025. Cümə

Millimiz son matçını bərabərliklə bitirdi


Millimiz son matçını bərabərliklə bitirdi

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Corner.az xəbər verir ki, Canni de Byazinin komandası səfərdə Lüksemburqun qonağı olub.

C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcəkdi.

Bu komandalar arasında Bakıda keçirilən görüşdə Lüksemburq millisi 2:1 hesabı ilə qalib gəlmişdi. Bu oyunda isə qapılara qol vurulmayıb.

Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qələbə qazanıb. Bu nəticələrdən sonra Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup

17 noyabr

Lüksemburq – Azərbaycan 0:0
Matçın 45+2-ci dəqiqədə D.Sinani penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Lüksemburq. Joze Bartel stadionu.

Monteneqro – Kipr 4:0
Qol: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

 

TURNİR CƏDVƏLİ

1

Monteneqro

6

4

1

1

10-2

13

2

Lüksemburq

6

3

1

2

7-5

10

3

Azərbaycan

6

1

3

2

2-4

6

4

Kipr

6

1

1

4

2-10

4







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu