21 mart 2026. Şənbə

Azərbaycan C liqasında qaldı - Millətlər Liqası


Azərbaycan C liqasında qaldı - Millətlər Liqası

UEFA Avropa Liqasında qrup mərhələsinin oyunları başa çatmaq üzrədi.

Corner.az xəbər verir ki, Azərbaycan yığması sonuncu görüşündə səfərdə Lüksemburqla qarşılaşıb. Bakıda keçirilən ilk oyunda rəqibinə uduzan millimiz bu dəfə görüşdən 1 xalla ayrılıb- 0:0. Yekunda qrup mərhələsini 6 xalla başa vuran komandamız turnir cədvəlində üçüncü olub.

İlk pilləni isə Kipri 4:0 hesabıyla darmadağın edən Monteneqro tutub. Monteneqro bunun sayəsində B liqasına yüksəlib, yığmamız isə C liqasında qalıb. Qrup sonuncusu olan Kipr  C liqasında qalmaq üçün pley-off mərhələsində oynayacaq.   

 







Milli komanda