21 mart 2026. Şənbə

Millimizin 3 futbolçusu Bakıya qayıtmadı


Millimizin 3 futbolçusu Bakıya qayıtmadı

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Lüksemburqla oyunundan (0:0) sonra Bakıya tam heyətlə qayıda bilməyib.

Corner.az-ın məlumatına görə, koronavirusa yoluxmuş milli üzvləri - Təmkin Xəlilzadə və Rahil Məmmədov Xorvatiyada, kapitan Maksim Medvedev isə Lüksemburqda qalıb. Hər 3 futbolçu test nəticələri neqativ çıxanadək sözügedən ölkədə karantində olacaqlar.

Xəlilzadə ilə Məmmədovda Monteneqro ilə matçdan (0:0) öncə infeksiya aşkarlanıb. Medvedevdən götürülən test nümunəsi isə qrupun son matçından əvvəl müsbət nəticə verib.

Qeyd edək ki, Azərbaycan yığması səfərə 29 futbolçu ilə çıxmışdı.







Milli komanda