Dekabın 7-də DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması olacaq.
Corner.az xəbər verir ki, FİFA-nın noyabr ayrı üzrə açıqladığı reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi bəlli olub.
Ötən ayla müqayisədə 5 pillə irəliləyən Azərbaycan millisi 5-ci səbətdə yer alıb. Püşkə əsasən beş qrupda 6, digər beş qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: Belçika, Fransa, İngiltərə, Portuqaliya, İspaniya, İtaliya, Xorvatiya, Danimarka, Almaniya, Niderland;
2-ci səbət: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya, Türkiyə, Slovakiya, Rumıniya;
3-cü səbət: Rusiya, Macarıstan, İrlandiya, Çexiya, Norveç, Şimali İrlandiya, İslandiya, Şotlandiya, Yunanıstan, Finlandiya;
4-cü səbət: Bosniya və Herseqovina, Sloveniya, Monteneqro, Şimali Makedoniya, Albaniya, Bolqarıstan, İsrail, Belarus, Gürcüstan, Lüksemburq;
5-ci səbət: Ermənistan, Kipr, Farer adaları, Azərbaycan, Estoniya, Qazaxıstan, Kosovo, Litva, Latviya, Andorra;
6-cı səbət: Malta, Moldova, Lixtenşteyn, Cəbəllütariq, San Marino.