21 mart 2026. Şənbə

Millimizin Avropada qarşılaşmadığı 4 rəqib qaldı


Millimizin Avropada qarşılaşmadığı 4 rəqib qaldı

Azərbaycan millisi tarixində ilk dəfə İrlandiya yığması ilə qarşılaşacaq.

Corner.az-ın məlumatına görə, 2022-ci il dünya çempionatının seçmə mərhələsində eyni qrupa düşən komandalar indiyədək nə yoxlama, nə də rəsmi turnirlərdə qarşılaşıb.

Azərbaycan yığması üçün son belə rəqib bir ay əvvəl yoldaşlıq görüşündə qolsuz heç-heçə etdiyi Sloveniya idi. Bununla da Azərbaycanın UEFA-nın üzvü olan 54 rəqib ölkədən heç vaxt qarşılaşmadığı 4 ölkə qalıb - Ermənistan, Cəbəllütariq, Niderland və Şotlandiya.

Yəni, İrlandiya Avropada yığma üçün 51-ci rəqib olacaq.

Qeyd edək ki, Azərbaycan və İrlandiya yığmaları DÇ-2022-nin seçmə mərhələsində Serbiya, Portuqaliya və Lüksemburqla birlikdə A qrupunda qərarlaşıb.







Milli komanda