5 dekabr 2025. Cümə

De Byazi Türkiyəyə iki futbolçu üçün gedib


De Byazi Türkiyəyə iki futbolçu üçün gedib

Millimizin baş məşqçisi Canni de Byazinin Türkiyənin Antalya şəhərinə səfəri sırf iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdır.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə məlumat verib. O bildirib ki, italiyalı mütəxəssis qardaş ölkəyə köməkçiləri ilə birgə yox, tək yollanıb.

Həsənzadənin sözlərinə görə, AFFA-nın xaricdə oynayan azərbaycanlı futbolçularla bağlı siyahısı geniş olsa da, hamısı ilə danışıqlar aparılmayıb: "Kiminlə danışıq aparılmasına və yığmaya cəlb edilməsinə baş məşqçi qərar verəcək. Bu cür yanaşma da bir az məntiqsizdir ki, harada azərbaycanlı varsa, hamısını buraya gətirək. Bu, artıqdır, çünki kifayət qədər keyfiyyətli yerli futbolçumuz da var. Hələlik Kamran Əliyev və Anatoli Nuriyevlə məşğuldurlar".

Qeyd edək ki, Kamran Əliyev Rusiyanın "Ximki", Anatoli Nuriyev isə Ukraynanın "Minay" klubunda oynayır. Əliyev hücumçu, Nuriyev isə hücumameylli yarımmüdafiəçidir.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu