- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Xorvatiyalı məşqçi Nikola Yurçeviç AFFA-dan təklif aldığını təsdiqləyib.
Corner.az-ın məlumatına görə, 52 yaşlı mütəxəssis ölkəsinin “index.hr” saytına açıqlamasında federasiya rəhbərliyi ilə danışıq apardığını və məsələya yaxın günlərdə aydınlıq gələcəyini bildirib:
“Azərbaycan millisinə namizədlərdən biri kimi, AFFA ilə ciddi danışığımız oldu. Söhbət zamanı məndə belə bir təəssürat yarandı ki, yığmanın qarşısına böyük hədəflər qoyulub. Onlar daha da irəli getmək istəyirlər. Görünür ki, ambisiyaları var. Hər şey yaxın günlərdə məlum olacaq”.
AFFA-nın Yurçeviçlə danışıq aparmasına milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki də münasibət bildirib. O, həmyerlisinin Azərbaycan üçün doğru seçim olduğunu söyləyib: “Mən bunu dərindən şərh edə bilməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, AFFA Yurçeviçi seçsə, səhv etməyəcək. İstərdim ki, hər iki tərəf üçün ən yaxşısı olsun”.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov da bir neçə gün öncə mətbuata müsahibəsində Yurçeviçin millinin sükanı arxasına əsas namizədlərdən biri olduğunu və onunla danışıq apardıqlarını söyləmişdi.(qol.az)