23 noyabr 2024. Şənbə

Bu işlə AFFA məşğul olur - Anatoli Nuriyev


Bu işlə AFFA məşğul olur - Anatoli Nuriyev

"Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdur. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı ata tərəfdən bu ölkə ilə bağlılığım var".

Corner.az-ın məlumatına görə, bu fikirləri Ukraynanın "Minay" klubunun kapitanı Anatoli Nuriyev Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

25 yaşlı hücumçu hələlik təfərrüatları açıqlamaq istəmədiyini bildirib: "Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdir. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə, Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".

Nuriyev daha əvvəl Ukrayna millisində çıxış etmək arzusunda olduğunu bildirsə də, hazırda bunun asan olmayacağını etiraf edib: "Hər zaman belə bir arzum olub. Lakin orada çox yüksək rəqabət var. Ölkənin əsas komandasında debüt etmək bir yana, yığmaya çağırılmağım belə gözlənilmir".

Qeyd edək ki, Anatoli Nuriyev Ukrayna Premyer Liqasında cari mövsümün ilk hissəsində 5 qol vurub.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi