30 yanvar 2026. Cümə

Lüksemburq - Azərbaycan matçı yeni stadionda keçirilə bilər


Lüksemburq - Azərbaycan matçı yeni stadionda keçirilə bilər

Lüksemburq yığması dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirə bilər.

Corner.az "Plus.lesoir.be" saytına istinadən xəbər verir ki, "Stade de Luxembourg" arenasının açılışı bəzi problemlər səbəbindən təxirə salınıb.

Komanda martın 30-da son Avropa çempionu Portuqaliyanı burada qəbul edə bilməyəcək. Görüş böyük ehtimalla, "Jozi Bartel" stadionunda olacaq.

Beləliklə, Lüksemburq seçməsi "Stade de Luxembourg"dakı ilk rəsmi qarşılaşmasını sentyabrda məhz Azərbaycan millisinə qarşı keçirə bilər.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu