5 dekabr 2025. Cümə

Sulşer Bruno Fernandesi millimizlə oyuna buraxmır


Sulşer Bruno Fernandesi millimizlə oyuna buraxmır
"Mançester Yunayted” komandasının baş məşqçisi Ole-Qunnar Sulşer futbolçusu Bruno Fernandesi Portuqaliya yığmasının düşərgəsinə buraxmaq istəmir. 

Corner.az xəbər verir ki, bu barədə norveçli mütəxəssis, “Manchester Evening News” saytına açıqlamasında deyib:
 
“Hələ bu barədə tam danışmamışıq, lakin 10 günlük karantində qalacağı üçün futbolçumuzu itirməyimiz mənasızdır. Futbolçunun pulunu verən bizik. Fernandesin növbəti oyunlarımıza hazır olmasını istəyirik”.
 
Qeyd edək ki, Portuqaliya yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ilk oyununu Azərbaycan yığmasına qarşı keçirəcək. Görüş koronavirus pandemiyasına görə İtaliyada – Turin şəhərində oynanılacaq. Portuqaliya – Azərbaycan matçı martın 24-də keçiriləcək.
 






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu