23 noyabr 2024. Şənbə

Ümid edirəm ki, martda Azərbaycan yığmasına dəvət alacağam


Ümid edirəm ki, martda Azərbaycan yığmasına dəvət alacağam

"Qəbələ"də çıxış edərkən əvvəlcə hər şey qaydasında idi. Sonra baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi. Əsas komandaya qaytaracağını dedi, amma bunu etmədi".

Corner.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç "Bfootball" nəşrinə geniş müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, 2015/2016 mövsümünün sonunda "Qəbələ" rəhbərliyi onunla əlaqə saxlayıb: "Həmin vaxt Kiyevdə idim. Qayıtmağımı istədilər və daha sonra müqaviləm ləğv edildi. Çağırmaqlarının səbəbini soruşduqda isə üz-üzə danışmaq istədiklərini bildirdilər. Azərbaycana qayıtdım, müqavilə ləğv olunduğu üçün bir az təzminat verildi. Çünki klubla daha birillik sözləşməm var idi. Sonra isə "Minay"a keçdim".

Popoviç Azərbaycan yığmasının formasını geyinməsinə baxmayaraq əslən ukraynalı olduğunu söyləyib: "Mən ukraynalıyam. Sadəcə pasportum var və Azərbaycan millisində oynamışam. Bu ölkə ilə yaxşı əlaqələrim mövcuddur. Artıq üç il və ya daha uzun müddətdir yığmaya çağırılmıram. Ümumiyyətlə sonuncu dəfə nə vaxt dəvət aldığımı belə xatırlamıram. Hazırda şans var. Ümid edirəm martdakı toplanışda Azərbaycan millisinə dəvət alacağam. Çünki cari mövsüm bunun üçün çox şey etmişəm".

Oyunçu Azərbaycan futbolunun durumu haqqında bunları deyib: "Orada yaxşı maliyyə var. Məsələn, "Qarabağ" klubu hərtərəfli inkişaf edib. Bu səviyyəyə yavaş-yavaş çatdılar, baş məşqçiyə güvəndilər və kluba pul yatırdılar. Komanda ardıcıl neçə mövsümdür ki, çempion olur. Hətta avrokubokların da qrup mərhələlərində iştirak edir. Onlar üçün hər şey yaxşıdır. Bəziləri isə dərhal nəticə istəyirlər. "Qəbələ"yə görə məyusam, mən orada olanda Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər. Komanda çox yaxşı idi. Əsas hədəf də çempionluq olmuşdu. Amma "Qarabağ" amilinə görə şansımız az idi. Onlara qarşı görüşlərdə heç-heçə edir və ya qələbə qazana bilirdik. Amma digər komandalarla oyunlarda xallar itirdik. "Qəbələ"yə artıq böyük maliyyə yatırılmır. Halbuki orada hər şey var. İndi bazada qalmaqlarından xəbərsizəm. Həqiqətən orada hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə isə təəssüflənirəm".

Azərbaycanda digər klublarda da çıxış edən ukraynalı qolkiper həmin dönəmdə ən pis şəraitin “Turan Tovuz"da olduğunu sözlərinə əlavə edib: "Komanda hazırda I Diviziondadır. Yenidən əsas liqada çıxış etmək istəyir. Bir il icarə əsasında orada oynadım, ən pis şərtlərin həmin klubda olduğunu düşünürəm. Bəxtim gətirdi ki, pulumu müqavilə ilə məxsus olduğum "Bakı" ödədi. Görürdüm ki, futbolçular orada acından ölürlər, onlara pul verirdim ki, özlərinə nəsə alsınlar. Çünki orada pul ödəmirdilər. Həm də Tovuz Gürcüstandan 100 km aralıda bir rayondur. Getməyə hansısa yer də yox idi. Oradakı azərbaycanlılar buna öyrəşiblər. Amma çoxlu legionerimiz var idi, bazada qalır, məşqə çıxır, nahar edir və orada vaxt keçirirdilər. Mənim “Playstation”um var idi, amma televizorları dördbucaq və qalın olduğundan oynaya bilmirdim. Orada formasını geyindiyim “Bakı” klubuna görə də çox təəssüflənirəm".

Qeyd edək ki, 2011-2016-cı illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ"də də çıxış edib.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi