5 dekabr 2025. Cümə

Millimizin Qətərlə matçının yeri dəyişdirildi


Millimizin Qətərlə matçının yeri dəyişdirildi

Futbol üzrə Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

Corner.az xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu