5 dekabr 2025. Cümə

Medvedev xahiş etdi, Byazi dəvət göndərmədi


Medvedev xahiş etdi, Byazi dəvət göndərmədi

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev DÇ-2022-nin seçmə mərhələsində ilk oyunları buraxacaq.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ”ın müdafiəçisi yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. İtaliyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu