21 mart 2026. Şənbə

Millimiz Neftçi ilə yoldaşlıq görüşü keçirəcək


Millimiz Neftçi ilə yoldaşlıq görüşü keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha bir yoxlama oyunu keçirəcəyi müəyyənləşib.

Corner.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda "Neftçi" ilə üz-üzə gələcək.

Martın 24-də keçiriləcək qarşılaşma saat 16:00-da başlanacaq. Oyunun stadionu hələlik müəyyənləşməyib.

Qeyd edək ki, milli martın 20-də "Qarabağ", martın 27-də “Qaradağ Lökbatan”, martın 29-də isə "Qəbələ" ilə üz-üzə gələcək.







Milli komanda