21 mart 2026. Şənbə

Anatoli Nuriyev millimizə qoşuldu


Anatoli Nuriyev millimizə qoşuldu
Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev ilk dəfə dəvət aldığı Azərbaycan millisinin heyətinə qoşulub.

Corner.az-ın məlumatına görə, 26 yaşlı hücumçu artıq İtaliyada - yığmanın düşərgəsindədir.

Nuriyev "Mariupol"la martın 20-da keçirilən çempionat oyununa (0:0) görə Ukraynadan birbaşa Turinə yollanıb.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının qonağı olacaq.






Milli komanda