- Milli komanda
- 14:00 14.11.2024
Azərbaycan millisinin hücumçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.
Corner.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu bu gün Turin şəhərindəki “Yuventus” stadionunda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır. Futbolçuları haqda əlavə sözə ehtiyac yoxdur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.