21 mart 2026. Şənbə

Millimiz Yuventus'un stadionunda son məşqinə çıxdı


Millimiz Yuventus'un stadionunda son məşqinə çıxdı

Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi matçdan öncə son məşqinə çıxıb.

Corner.az xəbər verir ki, İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.







Milli komanda