- Milli komanda
- 14:00 14.11.2024
Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakimləri açıqlanıb.
Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, Macarıstanda oynanılacaq qarşılaşmanın baş hakimi açıqlanmasa da, referinin köməkçiləri bilinir. Görüşdə yan xətt hakimləri Tomaş Somolani və Branislav Hanko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hər üç hakim Slovakiyadandır.
Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçiriləcək Qətər – Azərbaycan matçı saat 21:00-da başlayacaq.
UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə oyunlar yoxlama xarakterli olacaq.