21 mart 2026. Şənbə

Millimiz Portuqaliyaya məğlub oldu


Millimiz Portuqaliyaya məğlub oldu

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turuna start verilib.

Corner.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası da ilk oyununa çıxıb. Canni De Byazinin komandası Portuqaliya yığması ilə qarşılaşıb. Koronavirus pandemiyası səbəbindən görüş İtaliyanın Turin şəhərindəki “Allianz” stadionunda  Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Oyun Portuqaliya yığmasının minimal hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında Serbiya yığması İrlandiyanı qəbul edib. Beş qolun vurulduğu bu oyunda da meydan sahibləri qalib gəlib.

DÇ-2022, seçmə mərhələ, 1-ci tur

24 mart

A qrupu

Portuqaliya – Azərbaycan 1:0
Qol: 
M.Medvedev, 37-öz qapısına.
Baş hakim: Daniel Zibert (Almaniya)
İtaliya, Turin. “Yuventus” stadionu

Serbiya – İrlandiya 3:2
Qol: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.
Baş hakim: Davide Massa (İtaliya)
Serbiya, Belqrad. “Rayko Mitiç” stadionu







Milli komanda