23 oktyabr 2024. Çərşənbə

Oyundan 50 faiz razı qaldım - De Byazi


Oyundan 50 faiz razı qaldım - De Byazi

"Oyundan 50 faiz razı qaldım. İlk hissədə topa yiyələnə bilmədik, daha çox müdafiə olunmağa çalışırdıq. Amma fasilədən sonra oyunumuzu xeyli yaxşılaşdırdıq. Düşünürəm ki, ikinci hissədə məzmunlu futbol oynamağa çalışdıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası texniki cəhətdən daha güclü kollektivlə oynayırdı: "Əsas məqsədimiz intizamlı futbol oynamaq və rəqibdən qorxmadığımızı göstərmək idi. Məncə, hər iki vəzifənin öhdəsindən gəldik".

65 yaşlı baş məşqçinin sözlərinəgörə, seçmə mərhələdəki konkret hədəf haqqında indidən danışmaq çətindir: "Oyundan oyuna inkişaf etməliyik. Həyatda hər şeyə inanmaq lazımdır. Növbəti oyunda evdə Serbiya ilə qarşılaşacağıq. Həmin matçda və qrupda keçirəcəymiz digər qarşılaşmalarda daha yaxşı nəticə əldə etməyə çalışacağıq”.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"