23 noyabr 2024. Şənbə

Azərbaycan vətəndaşlığını qəbul etdim və bunun üçün pul almadım - Almeyda


Azərbaycan vətəndaşlığını qəbul etdim və bunun üçün pul almadım - Almeyda

"Zirə”nin futbolçusu Riçard Almeyda Portuqaliya mətbuatına müsahibə verib.

Corner.az xəbər verir ki, “Tribunaexpresso” nəşrinə danışan 32 yaşlı yarımmüdafiəçi, Azərbaycanda koronavirus pandemiyasına görə yaranmış vəziyyətlə bağlı bunları deyib:

“Artıq demək olar hər yeri açıblar. Restoranlar, banklar kimi qapalı yerlərdə məsafə saxlamalıyıq. Yoluxanların sayı 700 civarındadır. Bu, 10 milyon əhalisi olan bir ölkə üçün yaxşıdır. Virusla bağlı yaranmış vəziyyəti idarə etməyi bacarırlar. Bu virusla oynaya bilmərik. Koronavirus tək burada deyil, bütün dünyada var. Braziliyada virusa görə ölüm sayı çoxdur. Burada vəziyyətə nəzarət edirlər. Peyvənd gəlib, əvvəlcə yaşlı insanlar sonra da gənclər peyvənd olunacaq.

Burada əhalinin hamısı müsəlman deyil. Çoxlu sayda rus və ukraynalı var. Gündəlik həyat tərzimiz yaxşıdır. Həyat yoldaşım da buranı bəyənir, qızım da məktəbdə yaxşı oxuyur. Burada hər kəs bir-birinə hörmət edir, hər kəs kömək etməyi sevir. Bu, tək mənə deyil, bütün əcnəbilərə aiddir. Azərbaycan yaşamaq üçün çox yaxşı ölkədir. Cinayətlər yoxdur, sakitçilikdir. Və mənim üçün də əsas olan ailəmin təhlükəsizliyidir”.

Riçard 2012-ci ildə “Qarabağ”a keçidi ilə bağlı da danışıb:

“Menecerim portuqaliyalı Xose Kaldeyra olanda Polşa “Legiya”sından təklif almışdım. O, indi başqası ilə çalışır. “Legiya” 2-3 illik müqavilə təklif etmişdi. Braziliyaya tətilə getmişdim. Daha sonra yatdım və növbəti gün oyananda Azərbaycandan, “Qarabağ” klubundan təklif gəldi, fikrimizi dəyişdik. O vaxt “Qarabağ”ı çox tanımırdılar. Mən buraya gələndə komanda orta sıraları tuturdu. Allaha şükür edirəm ki, buraya gəlmək imkanım oldu”.

Riçard Almeyda Azərbaycan vətəndaşlığını qəbul etməsi qarşılığında pul almadığını bildirib:

“Azərbaycan vətəndaşlığını qəbul etdim və bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq matçlarda ölkəni təmsil etdim”.

Almeyda 2012-2018-ci illərdə və 2019-cu ildə “Qarabağ”ın formasını geyinib. Azərbaycan yığmasında 22 oyun keçirən yarımmüdafiəçi, 2020-ci ilin oktyabrında “Zirə” ilə müqavilə imzalayıb.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi