6 may 2026. Çərşənbə

İnanıram ki, daha yaxşı oynayacağıq - Emin Mahmudov


İnanıram ki, daha yaxşı oynayacağıq - Emin Mahmudov

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İtaliyanın Turin şəhərində Portuqaliya yığmasına uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyununu şərh edib.

Corner.az-ın məlumatına görə, "Neftçi"də çıxış edən 28 yaşlı yarımmüdafiəçi matçın çətin keçdiyini bildirib.

"Çox ağır oyun oldu. Amma inanıram ki, daha yaxşı oynayacağıq", - o, feysbuk səhifəsində yazıb.

Qeyd edək ki, qarşılaşma portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.







Milli komanda