5 dekabr 2025. Cümə

Sabah bəzi oyunçulara şans verə bilərəm - De Byazi


Sabah bəzi oyunçulara şans verə bilərəm - De Byazi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində müsabiqədənkənar formada iştirak edən Qətər yığması ilə qarşılaşmadan öncə fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, italiyalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qətər yığmasının son oyununu izləsək də, komanda haqda geniş məlumatımız yoxdur. Lüksemburq komandasına qarşı keçirdiyi oyuna əsasən deyə bilərəm ki, fiziki cəhətdən güclü komandadır. Xüsusilə, irəli xətdə yer alan hücumçuları qeyd edə bilərəm. Serbiya ilə oyunöncəsi bizim üçün vacib test olacaq. Portuqaliya qarşılaşmasından sonra bu oyun komandamızın inkişaf etməsinə daha çox kömək edəcək.

Qısa zaman ərzində fərqli oyun tərzi hazırlamaq mümkün deyil. Portuqaliya ilə oyundan öncə futbolçulara qələbə qazanmaq istədiyimi bildirdim. Bununla belə, ilk hissə ilə müqayisədə, ikinci hissədə meydanda tam fərqli oyun nümayiş etdirməyi bacardıq. Sabahkı oyunda bəzi digər oyunçulara şans verə bilərəm. 30 nəfərlik geniş heyətə malikik və bütün oyunçular tam hazırdır”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu