5 dekabr 2025. Cümə

AFFA mükafat xəbərini təkzib edir


AFFA mükafat xəbərini təkzib edir
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya - Azərbaycan matçından sonra millimizin futbolçularına minimal  hesablı məğlubiyyətə görə mükafat vəd olunduğu barədə məlumatlar yayılmağa başlayıb.

Corner.az xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələyə aydınlıq gətirib.
 
O, heç bir mükafatdan söhbət getmədiyini vurğulayıb: "Milli komandanın qələbə və heç-heçəyə görə mükafat ala biləcəyini dəqiq göstərən protokol var. Bu vəziyyətdə - hazırkı Avropa çempionu ilə görüş olsa belə - milli komanda minimal hesabla məğlub oldu. Çox təəssüf edirəm ki, Qətər və Serbiya ilə oyunlar ərəfəsində bu cür dezinformasiya ilə qarşılaşmalı oluruq".
 
Xatırladaq ki, millimiz Qətərlə yoldaşlıq görüşünü bu gün Macarıstan Debretsen şəhərində, Serbiya yığması ilə rəsmi matçını martın 30-da Bakıda keçirəcək.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu