6 may 2026. Çərşənbə

Qələbə üçün əlimizdən gələni edəcəyik - Emin Mahmudov


Qələbə üçün əlimizdən gələni edəcəyik - Emin Mahmudov

"Serbiya çox güclü komandadır. Bizi sabah ağır oyun gözləyir".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyunu öncəsi mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi bildirib ki, meydana xal qazanmaq üçün çıxacaqlar: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.







Milli komanda