DÇ-2022-nin seçmə mərhələsinin ilk üç turundan sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb.
Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar arasında ikinci sıradadır. Şahruddin, iki görüşdə ümumilikdə 19 seyv edib.
İlk sırada isə San Marino yığmasının qapıçısı Elia Benedettini qərarlaşıb. 25 yaşlı qapıçı da üç görüşdə 19 seyvlə yadda qalıb.
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabıyla məğlub olub.