23 noyabr 2024. Şənbə

Aleksey İsayev etdiyi hərəkətə görə peşmandır


Aleksey İsayev etdiyi hərəkətə görə peşmandır

"Yığmanın oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanmağa çalışdıq. 6 futbolçumuz əsas, 2-si isə U-21 yığmasında idi. Amma hazırlıq prosesində olanların məşqə yanaşmaları mənim üçün çox sevindirici oldu".

Corner.az xəbər verir ki, bu fikirləri "Sabah"ın baş məşqçisi Ramin Quliyev deyib.

40 yaşlı mütəxəssis yoldaşlıq görüşündə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub etdiklərini xatırladıb: "Əsas heyətin 8 üzvü məşqlərimizdə iştirak etmirdi və bu səbəbdən bir az çətinlik yaranırdı. Çünki onlar bizim əsas oyunçularımızdır. Az da olsa, məşqlərdə istədiklərimizi futbolçulara aşılaya bildik. Həmin 8 oyunçu iki gündür məşqlərə qoşulub. Bu, bizə bir az çətinlik yaradır. Belə hallar komanda şəklində məşq üçün problemdir. Kollektivə yeni qoşulanları elə də tez yükləmək olmur".

Quliyev "8 komandalı çempionatda qarşıdakı 8 turdan gözləntiləriniz nədir" sualına belə cavab verib: "Hazırkı heyətlə 8-ci yerə layiq deyilik. Bunu hamı bilir. Çox yaxşı heyətimiz də var. Sadəcə, futbolda belə hallar olur. Qalan 8 turda maksimum dərəcədə bacardığımızı və əlimizdən gələnə edəcək, bu vəziyyətdən çıxmağa çalışacağıq. 8 komandalı çempionatda 2 tur ardıcıl qələbə qazananda fərqli mənzərə ortaya çıxır. Çünki aşağıdakı komandaların xal fərqi bir-biri ilə o qədər də böyük deyil. Qarşıdakı iki görüşdə qələbə qazanıb, gedişatı dəyişmək olar. Bacardığımız qədər yuxarıdakı pillələrə qalxmağa çalışacağıq".

Gənc baş məşqçi avrokuboklara vəsiqə qazanmağın mümkün olduğunu diqqətə çatdırıb: "Futbolda belə şeylər olur. Mən də baş məşqçi kimi onu qarşıma məqsəq qoyuram. Baxmayaraq ki, 8-ci yerdəyik və qarşıda 8 tur qalıb. Niyə də olmasın? Hər şey özümüzdən asılıdır. Nəticələr bizi ora apara bilər. Mənim də məqsədim var ki, ilk "4-lük"də olum".

Mütəxəssis göstərdiyi nəticələrlə özünü də sübut etmək istədiyini sözlərinə əlavə edib: "Bu gün rəhbərlik məni belə vəziyyətdə dəvət edib. Təyinatım açıqlananda müvəqqəti sözünü yəqin ki, görmüsünüz. XX turda "Qarabağ"a 2:0 hesabı ilə uduzduğumuz oyundan sonra da mətbuat konfransında dedim ki, mən yaxşı nəticə versəm, müvəqqəti sözünü oradan götürəcəyəm. İşim uğursuz alınsa, rəhbərliyin qərar vermək üçün vaxtı olacaq. Öz işimlə sübut etməliyəm ki, burada qalmalıyam və ya yox. Sözsüz ki, sonda qərarı rəhbərlik verəcək. Çalışacağam ki, fürsəti dəyərləndirim və vəzifəmdə qalım".

XXI turun "Qəbələ" ilə matçına da toxunan baş məşqçi 3 xal üçün meydana çıxacaqlarını vurğulayıb: "Bu gün və sabah artıq tam heyətlə oyuna hazırlaşacağıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Rəqibi öz meydanımızda qəbul edəcəyik. Xırda da olsa bu, bizim üçün üstünlük olmalıdır".

Quliyev "Sabah"ın futbolçularının əsas yığmada az forma şansı qazandığını etiraf edib: "Meydana niyə az çıxdıqlarını deyə bilmərəm. Komandaya qayıdanlardan zədəli futbolçu yoxdur. Bəhlul Mustafazadənin yüngül zədəsi var, amma məşqlərdə iştirak edir. Sadəcə, yığmanın 3 görüşdə məğlub olması oyunçulara psixoloji təsir edə bilər".

Baş məşqçi yığmanın düşərgəsindən qayıdan Aleksey İsayevin instaqramda Erik Avetyan adlı erməni istifadəçiyə "qardaş" deməsinə də münasibət bildirib. O, futbolçu ilə söhbət apardığını, amma klub tərəfindən hansısa cəzanın verilmədiyini sözlərinə əlavə edib: "Bütün olanlardan xəbərim var. Bununla bağlı dünən onun özü ilə fərdi söhbət etdim. Özü səhvini başa düşüb, paylaşımını silib, etdiyi hərəkətə görə peşmandır. Biz də bildirdik ki, belə şeylər yolverilməzdir. Ona dedik ki, gələcəkdə belə hallara xüsusi fikir verməlisən. O da mənimlə söhbətdə səhvini qəbul etdi".(report)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi