23 oktyabr 2024. Çərşənbə

Millimiz FIFA reytinqində gerilədi


Millimiz FIFA reytinqində gerilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, Azərbaycan millisi 1168,53 xalla hazırda 110-cu sırada qərarlaşıb.

Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib.

Buna səbəb Canni De Byazinin baş məşqçilik etdiyi komandamızın yoldaşlıq görüşündə Qətərə 1:2, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olması olub.

Yığmanın A qrupundakı rəqiblərindən Portuqaliya 1166,12 xalla 5-ci pillədə qalıb. 5 pillə irəliləyən Serbiya 1512 xalla 25-ci, 5 sıra geriləyən İrlandiya millisi 1427,22 xalla 47-cidir.

Lüksemburq isə 2 pillə irəliləyib. Komanda 1244, 86 xalla 96-cı yerdədir.

1505,05 xala malik Türkiyə millisi 3 pillə irəliləyərək 29-cu olub.

Reytinqin ilk 3 pilləsində Belçika (1783, 38), Fransa (1757,3) və Braziliya (1742, 65) yer alıb.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"