23 noyabr 2024. Şənbə

Millimizin müdafiəçisi avrokuboklardakı ən unudulmaz matçını açıqladı


Millimizin müdafiəçisi avrokuboklardakı ən unudulmaz matçını açıqladı

"Bəzən digər klublardan maraq olur. Amma "Qarabağ"da xoşbəxtəm. Bu komanda ilə çox şey qazanmışam. Açığı, bu kluba keçəndə ən böyük turnirlərdə oynayacağımızı təsəvvür etmirdim".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Bədavi Hüseynov "md-gazeta.ru" saytına müsahibəsində Ağdam klubunda qazandığı uğurlar barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi bildirib ki, bu nailiyyətlərdə ən böyük pay sahibi baş məşqçi Qurban Qurbanovdur: "Öz fəlsəfəsini qura bildi. Hər il qarşımıza maksimum hədəflər qoyulur. Bir yerdə dayanmırıq. Ən əsası isə böyümək və daha da inkişaf etmək istəyirik".

Təcrübəli oyunçu "Qarabağ"ın heyətində ən unudulmaz avrokubok matçını da açıqlayıb: "Yəqin, hər bir azarkeş İtaliya "İnter"i ilə Bakıdakı matçı qeyd edər. Avropa Liqasının qrup mərhələsində həlledici qarşılaşmanın 90+4-cü dəqiqəsində qol vurduq. Amma nədənsə qol qeydə alınmadı. Beləcə, pley-offa çıxışımız əngəlləndi. Ağlıma Danimarka "Kopenhagen"i ilə görüş də gəlir. "Qarabağ" rəqibini məğlub edərək ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı. İnanılmaz hisslər idi. Bununla da Bakıda ilk dəfə turnirin rəsmi himni səsləndirildi. Musiqidən daha çox azarkeşlərin reaksiyasından tüklərim biz-biz oldu. Onlar bu himni necə coşğulu qarşıladılar".

Dağıstan əsilli futbolçu karyerasındakı ən yaxşı oyunun İspaniyada "Atletiko" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının qrup mərhələsinin görüşü olduğunu vurğulayıb: "Əslində yaxşı oyunlarımız çox olub. Amma öz matçlarım haqqında danışmayacağam. Əsas komanda oyunudur. Bəlkə də "Atletiko" ilə görüşü fərqləndirə bilərəm. "Qarabağ" hər iki qarşılaşmada çox yaxşı təsir bağışladı və heç-heçə etdi".

Hazırda "Sabah"da çıxış edən həmyerlisi Məhəmməd Mirzəbəyovdan da söz açan Hüseynov onunla yaxın münasibətdə olduğunu söyləyib: "O da Bakı klubunda oynayır. İnanıram ki, hələ uzun müddət öz oyunu ilə azarkeşləri sevindirməyə davam edəcək. O, "Anji"nin əvəzedici komandasının ən sürətli futbolçularından biri idi".

Mahaçqalada təşkil olunan həvəskar turnirə dəvət aldığını deyən müdafiəçi sıx qrafikə görə oraya qatıla bilmədiyini əlavə edib: "Gələcəkdə nə vaxtsa doğma Çukna kəndimi təmsil edən komandanın formasını geyinəcəyimi ümid edirəm".

Hüseynov bir ildən çoxdur Kaspiysk şəhərində yaşayan valideynlərini görmədiyini qeyd edib: "Pandemiyaya görə sərhədlər bağlıdır. Vəziyyət hələ də eynidir. Ümid edirəm ki, bu yay evə gedəcəyəm. Doğmalarım və dostlarım üçün darıxmışam".







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi