23 oktyabr 2024. Çərşənbə

Forma dəyişdirməyi xoşlamıram, çünki muzeyim yoxdur


Forma dəyişdirməyi xoşlamıram, çünki muzeyim yoxdur

"Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə Azərbaycan millisində oynamaq fürsətimin ola biləcəyini 1 il əvvəl öyrəndim. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev "Komandı1" nəşrinə müsahibəsində yığmaya dəvət alması barədə danışarkən deyib.

Ukraynada "Minay"ın fornasını geyinən hücumçu bildirib ki, Zakarpatye futbolunun yetirməsi kimi hər zaman bu ölkənin yığmasında çıxış etmək istəyib: "Amma hər zaman realist olmuşam. Bilirdim ki, Andrey Şevçenkonun komandasında yarımmüdafiəçilər arasında qızğın rəqabət var. Ona görə də Ukrayna millisindən dəvət gözləyə bilməzdim".

Nuriyevin sözlərinə görə, idman vətəndaşlığını dəyişdirməyə qərar verməmişdən əvvəl iki dəfə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə görüşüb: "Mənə güvəndiyini söylədi. İtaliyalı mütəxəssisin məhz bu etimadı mənim üçün həlledici oldu. Martda yığmada bir anda üç oyun keçirdim. Əvvəlcə, DÇ-2023-nin seçmə mərhələsində Kriştianu Ronaldunun kapitanı olduğu Portuqaliya ilə matçda, ardınca Qətərlə yoldaşlıq görüşündə, ən sonda isə Serbiya ilə görüşdə meydana çıxdım. Məhz sonuncu qarşılaşmada xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. "mid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım "Minay"da mənim üçün faydalı olacaq".

25 yaşlı forvard Portuqaliya və Serbiya ilə matçlardan sonra rəqib komandaların ulduz futbolçuları ilə forma dəyişdirməməsinin səbəbini də açıqlayıb: "Belə şeyləri sevmirəm. Üstəlik, öz idman muzeyim də yoxdur (gülür)".







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"