9 avqust 2026. Bazar günü

Millimiz Rusiya ilə bir qrupda - DÇ-2023


Millimiz Rusiya ilə bir qrupda - DÇ-2023

Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında qadınlardan ibarət milli komandalar arasında final mərhələsi 2023-ci ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Corner.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan millisi dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda E qrupunda Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro komandaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək. Dünya çempionatı 2023-cü il 10 iyul-20 avqustda təşkil olunacaq.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi