6 may 2026. Çərşənbə

Başakşəhər'in futbolçusu millimizdən imtina etdi


Başakşəhər'in futbolçusu millimizdən imtina etdi

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Emre Kaplan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamaqdan imtina edib.

Corner.az xəbər verir ki, bu barədə 20 yaşlı müdafiəçi şəxsi “İnstagram” hesabından yazıb. Emre, bundan sonra Türkiyənin U-21 yığmasında oynayacağını bildirib:

“Təşəkkürlər, Azərbaycan. Formasını geyinərkən böyük qürur və xoşbəxtlik hiss etdiyim Azərbaycan milli komandası ilə vidalaşıram. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarıma təşəkkür edirəm. Dost və qardaş bir ölkənin milli komandasını tərk edərək, bundan sonra ay-ulduzlu formanı tərlədəcək olmağımın həyəcanını və qürurunu yaşayıram”.

Emre Kaplan Azərbaycanın U-21 millisində üç oyuna çıxıb. Müdafiəçi müqavilə ilə “Başakşəhər” klubuna məxsusdur. Emre hazırda “Bodrumspor” komandasında icarədədir







Milli komanda