21 noyabr 2024. Cümə axşamı

İqor Mitreski: "Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədir”


İqor Mitreski: "Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədir”
“Məni yada saldığınız üçün sizə minnətdaram! Hazırda Berlindəyəm. Doğum günümü ailəmlə, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəm”.

Corner.az xəbər verir ki, bunu bu gün 40 yaşı tamam olan “Neftçi”nin veteran futbolçusu İqor Mitreski paytaxt klubunun rəsmi saytına müsahibəsində deyib.

2010-2014-cü illər ərzində "Neftçi”də çıxış edən, Azərbaycan çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olan sabiq mərkəz müdafiəçisi “ağ-qaralar”la bağlı xatirələrini bölüşüb: “40 illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burada evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd eləmişəm, amma 40 yaşımı Berlində keçirmək istədim. Digər keçmiş komandalarım kimi “Neftçi” də mənim üçün böyük tarixdir. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığını və karyeranı bitirdiyini. Beynəlxalq karyerama “Spartak”da başlamışam, “Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, milli komandanın kapitanı olmuşam, amma “Neftçi”nin yeri başqadır. Çünki karyeramı burada – 3 dəfə çempionatın, 2 dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam. “Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdur. Bakı isə doğma şəhərdir. Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədir. İndiyədək "Neftçi”yə azarkeşlik edirəm”.

Makedoniya milli komandasının heyətində 69 oyunda 1 qola imza atan İ.Mitreski “Neftçi”də ən unudulmaz matçını da açıqlayıb: “Bu baxımdan, APOEL-lə səfər matçını qeyd edərdim. “Neftçi” həmin oyunda qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün tarix yazmışdı. Açığı, sosial şəbəkələrdən çox istifadə etmirəm. Amma bəzi futbolçularla telefonla danışıram. Məşqçilərdən rəhmətlik Böyükağa Hacıyevlə yaxşı münasibətimiz olub. Arif Əsədov və Elşad Əhmədovla da əlaqə saxlayırıq”.

Legioner oyunçu hazırda daha çox internet vasitəsilə “Neftçi”nin oyunlarından xəbər tutduğunu söyləyib: “Bilirəm ki, “Neftçi” hazırda çempionatın lideridir və “Qarabağ”la 1 xallıq fərq var. Hesab edirəm ki, çempionluq haqqında danışmaq üçün tezdir. Amma çempion bu iki komandadan biri olacaq. "Neftçi”nin futbolçuları hər oyuna qələbə üçün çıxmalıdılar. Futbolda asan heç nə olmur. Çempionluq bu iki komanda arasındakı mübarizədə həllini tapacaq”
"Report"






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi