Futbol üzrə Moldova çempionatında 34-cü turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” klubu səfərdə “Zimbru”nun qonağı olub.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Orxan da bu görüşün iştirakçısı olub. O, 85-cı dəqiqədə meydana buraxılıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 34 oyunda 42 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.