- Milli komanda
- 14:00 14.11.2024
“Biz bu oyuna dostluq yox, qardaşlıq oyunu kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir."
Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin qapıçısı Emil Balayev AFFA-nın rəsmi saytına açıqlamasında Türkiyə yığmasına qarşı keçiriəcəkləri yoldaşlıq matçı barədə danışarkən deyib.
"Qarabağ"ın 27 yaşlı qolkiperi bildirib ki, futbolsevərləri maraqlı oyun gözləyir: "Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək”.
"Zirə"nin yarımmüdafiəçisi Elvin Camalov: “Hər oyuna olduğu kimi sabahkı oyuna da ciddi şəkildə hazırlaşırıq. Türkiyə millisi bizə yad komanda deyil. Qardaş ölkənin komandasına qarşı oynayacağıq. Bizim üçün beynəlxalq oyun təcrübəmizi artırmaq baxımından vacib oyundur. Bu qarşılaşma Türkiyə millisinin Avropa çempionatının oyunlarına yaxşı hazırlaşmaq baxımından əhəmiyyət kəsb edir. Oyuna yaxşı köklənmişik. Hansı komandanın qalib gəlməsi o qədər də əhəmiyyət kəsb etmir. Əsas odur ki, dostluq, qardaşlıq qələbə qazanacaq”.
"Sabah"ın hücumçusu Ramil Şeydayev: “Hamı bilir ki, Türkiyə güclü rəqibdir. DÇ-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir. Onlar Avropa çempionatına hazırlaşırlar. Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq bu oyun hazırıq”.