30 yanvar 2026. Cümə

Millimiz Ukraynaya qalib gəldi


Millimiz Ukraynaya qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.

 Corner.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb. Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.

Azərbaycan yığması turnir çərçivəsində sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.

Valeri Lobanovskinin xatirə turniri

26 may

Ukrayna U-21 – Azərbaycan U-21 0:1
Qol
: Musa Qurbanlı, 17.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu